“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, bu vəzifə tanınmış jurnalist Gündüz Abbaszadəyə həvalə olunub.
O, sözügedən vəzifədə Nurlan İbrahimovu əvəzləyib.
UEFA İbrahimovu Dağlıq Qarabağ münaqişəsi zamanı Feysbukda ermənilərlə bağlı paylaşımına görə futboldan ömürlük kənarlaşdırıb. O, yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.
saytlarin hazirlanmasi