"Qalatasaray" futbolçusu Omar Elabdellauinin lisenziyasını dayandırıb.
Sportal.az xəbər verir ki, Mərakeş əsilli norveçli müdafiəçinin adı Türkiyə Futbol Federasiyasına təqdim olunan sifariş ərizəsindən çıxarılıb.
Klub ötən il dekabrın 31-də əlində fişəng partladığı üçün üzündən xəsarət alan oyunçunun müalicəsi davam etdiyi üçün bu addımı atıb.
29 yaşlı oyunçu 2020-ci ilin yayından "sarı-qırmızılar"da çıxış edir. O, bu mövsüm 13 keçirib.
saytlarin hazirlanmasi