Asiyanın ən yaxşısı

11:17 - 6 Fevral 2021

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Asiyada son 10 ilin ən yaxşı futbolçularının adlarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Cənubi Koreya millisinin və İngiltərənin “Tottenhem” klubunun hücumçusu Son Hın Min qitənin ən yaxşı oyunçusu elan olunub.

 

Yaponiya millisinin keçmiş üzvü Keysuke Honda 2-ci, Səudiyyə Ərəbistanı yğmasının futbolçusu Salem Əl-Davsari 3-cü olub.

Xəbər xətti