I və II Qarabağ müharibəsində iştirak etmiş idman ictimaiyyəti nümayəndələrinin sayı bəlli olub.
Sportal.az xəbər verir, I Qarabağ müharibəsinə idman ictimaiyyətindən 930 nəfər qatılıb. Onlardan 27-si yaralanıb, 48-i şəhid olub. 2 nəfər itkin düşüb, 6 şəxs isə Milli Qəhrəman adı alıb.
II Qarabağ müharibəsinə isə 986 şəxs qatılıb, onlardan 115-i yaralanıb, 319-u isə şəhidlik zirvəsinə ucalıb. 986 nəfərdən 4-ü idman jurnalistidir.
Vətən müharibəsində iştirak etmiş idman jurnalistlərinin biri hərbi əməliyyatlar zamanı yaralanıb. 1 idmançı - Vəliəhəd Vəliyev isə erməni əsirliyindən qaytarılıb.
saytlarin hazirlanmasi