"Mançester Siti" 17 yaşlı braziliyalı üçün 15 milyon xərcləyəcək

18:51 - 10 Fevral 2021

"Mançester Siti" Braziliyanın “Fluminense” klubunun hücumçusu Kaykini transfer etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, “şəhərlilər” 17 yaşlı futbolçunun keçidi üçün bonuslarla birgə 15 milyon funt-sterlinq təzminat ödəyəcək.

 

Braziliyalı sağ cinah vingeri "Fluminense" yetirməsidir.

Xəbər xətti