"Qarabağ"ın keçmiş futbolçusu, hazırda ölkəsi Polşanın "Visla" (Plotsk) klubunda oynayan Yakub Jezniçak Ağdam klubunun bu mövsüm Avropa Liqasının pley-off mərhələsində "Legiya"ya qalib gəldiyi oyunu (3:0) xatırladıb.
Sportal.az xəbər verir ki, o, "weszlo.com" saytına müsahibəsində bununla bağlı deyib:
"Matçın gedişatına təəccübləndim. Daha bərabər səviyyəli oyun gözləyirdim. Açığı, qrupdakı nəticələrinə baxanda "Qarabağ"ın bu qədər güclü olduğunu düşünmürdüm. Amma hər şeyi olduğu kimi etiraf etmək lazımdır".
"Qarabağ" səfərdə "Legiya"nı məğlub edərək Avroliqanın qrup mərhələsinə yüksəlmişdi.
saytlarin hazirlanmasi