"Qarabağ"ın futbolçusu Mahir Emreli Polşanın yüksək liqa təmsilçisi "Rakuv"un transfer hədəfindədir.
Sportal.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Marek Papşun TVP SPORT-a müsahibəsində deyib. O, transfer məsələsinin indi də aktual olduğunu bildirib: "Mən belə düşünürəm. Amma siyahımızda 8-9 hücumçunun adı var. Bu səbəbdən hər şey mümkündür".
23 yaşlı hücumçu bu mövsüm keçirdiyi 21 oyunda 15 qol vurub, 3 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi