DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Serbiya yığmasının yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, millini bundan sonra Draqan Stoykoviç çalışdıracaq. 55 yaşlı mütəxəssis DÇ-2022-nin seçmə mərhələ oyunlarında yığmanın baş məşqçisi olacaq.
Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığmanın Serbiya ilə ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.
saytlarin hazirlanmasi