Yunanıstan Super Liqasında 23-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayev VAR sisteminin tətbiq edildiyi “Atromitos” – AEL Larissa qarşılaşmasında baş hakim olub.
Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Atromitos"un yeganə qolunu 76-cı dəqiqədə Əmir Ağayev vurub. AFFA-nın milliləşdirdiyi futbolçu fərqlənməklə komandasını məğlubiyyətdən xilas edib. "Sumqayıt"ın keçmiş futbolçusu meydana 61-ci dəqiqədə daxil olub.
Əliyar Ağayev qarşılaşmada ümumilikdə 5 sarı vərəqə göstərib.
saytlarin hazirlanmasi