Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku açıqlama verib.
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis Ukraynada baş məşqçi olmağın çətinliyindən danışıb:
"Ukrayna futbolu Türkiyədəki kimi çətindir. "Dinamo" azarkeşlərinin məni sevməməsi normaldır. 12 il "Şaxtyor"u çalışdırıb, kuboklar qazandırmışam. Təbii ki, o dönəm bizim ən böyük rəqibimiz məhz Kiyev təmsilçisi idi. İndi isə mən "Dinamo"nu eyni uğurlara daşımaq üçün çalışıram. Azarkeşlərin hamısı yox, bir qismi mənə qarşı qəzəblidir. Azarkeşlər artıq mənə alışır, onlarla münasibətim yaxşıdır
"Dinamo"nu yenidən beynəlxalq futbol səviyyəsinə qaldırmaq istəyirik. Hazırda Premyer Liqada liderik, amma çempionluqdan danışmaq erkəndir. Burada yeni komanda formalaşdırıram. Ən vacib olan oyunumuzu daha da müasirləşdirməkdir".
"Dinamo" çempionatda 15 turdan sonra topladığı 34 xalla 1-cidir və "Şaxtyor"u 1 xal qabaqlayır. Bundan əlavə, komanda Avropa Liqasının 1/8 finalına yüksəlib.
75 yaşlı mütəxəssis mövsümün əvvəlində "Dinamo"nun baş məşqçisi təyin edilib. Onun təyinatından sonra Kiyev klubunun azarkeşləri buna sərt reaksiya verib, etirazlar etmişdilər. Bu səbəbdən Luçesku təyinatından 4 gün sonra istefa vermişdi, lakin klub rəhbərliyi onu fikrindən daşındırmışdı.
saytlarin hazirlanmasi