Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay" evdə Donetsk “Olimpik”in' 2:1 hesabı ilə qalib gəlib.
Nuriyev start heyətində meydana çıxıb və komandasının hər iki qolunu vurub. Kapitan 13 və 45+1-ci dəqiqələrdə penaltidən fərqlənib. Ancaq o, 18 və 85-ci dəqiqədə sarı vərəqələr alaraq meydandan qovulub. Rüstəm isə 68-ci dəqiqədə meydana daxil olub və 90+2-ci dəqiqədə əvəzlənib.
“Minay” 16 turdan sonra 13 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.
AFFA Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin milliləşdirilməsi ilə bağlı danışıqlara başlayıb.
saytlarin hazirlanmasi