Miçel: "Meydanda sürünməkdənsə, futbolu buraxmaq daha yaxşıdır"

10:40 - 4 Mart 2021

"Qarabağ"ın keçmiş futbolçusu Miçel açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 35 yaşında karyerasını başa vuran ispaniyalı yarımmüdafiəçi "Qarabağ"dakı günlərini xatırlayıb:

 

"Karyeramda ən vacib an "Qarabağ"ın heyətində İspaniyada "Atletiko"nun qapısına qol vurmağım oldu. Çünki bu, Çempionlar Liqasında yenicə açılan "Vanda Metropolitano" stadionunda əcnəbi komanda ilə oyun idi. "Qarabağ"ı izləyir və görürəm ki, onlar həmin epizodu xatırlayır, sevinirlər".

 

Miçel zədə səbəbindən butsılarını mıxdan asdığını deyib:

 

"Çoxdandır dabanım ağrıyırdı. Ağrılar 2-3 il əvvəl - "Qarabağ"da çıxış etdiyim vaxtdan başlamışdı. Məşq və oyun vaxtı dəfələrlə axsayırdım. Yeri istiləşəndə isə bunu hiss etmirdim. Amma məhsuldarlığımın 70-80 faizini sərgiləyə bilirdim. Son anlaradək hər şeyi sınaqdan çıxartdım. MRT etdirdim, müalicə aldım. Amma meydanda sürünməkdənsə, futbolu buraxmaq daha yaxşıdır. Elə futbolçular tanıyırdım ki, 60 faiz sağlam halda oynayırdılar. Amma bu, mənlik deyil. Məşqçi karyerasına başlamaq fikrim var".

 

Miçel 2015-2020-ci illərdə "Qarabağ"da çıxış edib.

Xəbər xətti