"Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 3-cü turunda sabah "Kayrat"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə baş tutan mətbuat konfransında Qazaxıstan təmsilçisinin baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:
- Bakıya hansı nəticə üçün gəlmisiz?
- Bakıya heç-heçə üçün gəldiyimizi deməzdim. "Qarabağ"a və bizə qələbə lazımdı.
"Kayrat" sabah nəyin hesabına qalib gələ bilər?
- Maraqlı oyun olacaq. Taktika və strategiya barədə mətbuat konfransında danışmamağa üstünlük verərdim.
- "Qarabağ" neçə oyundu ki, uduzmur. Bu sizin oyunçularda təzyiq yaradır?
- Təbii ki, maraqlı oyun olacaq. "Qarabağ" illərdi Azərbaycan futbolunun lideridi. Komanda avrokuboklarda hər il oynayır.
- Kamo Hovanisyanı Bakıya gətirməmisiz. Fikriniz necədi?
- Bu Kamonun şəxsi qərarıdı.
- Vaqner Lav sabah oynayacaq?
- Təəssüf ki, Vaqner "Bazel"lə oyunda zədələnib. Cəmi 2-3 məşqdə iştirak edib. Amma sabah oynaması mümkündü.
saytlarin hazirlanmasi