Ölkəmizi Konfrans Liqasında təmsil edən "Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yanvarın 5-i Bakıda məşqləri bərpa edəcək. Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində olacaq.
Ayın 12-də qardaş ölkəyə yollanacaq komandanın 5 yoxlama oyunu nəzərdə tutulub. Ağdam təmsilçisi yanvarın 14-ü "Qaz Metan" (Rumıniya), yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq.
Yanvarın 21-i və 25-i daha iki oyun keçiriləcək. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.
"Qarabağ"ın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.
saytlarin hazirlanmasi