"Qarabağ" haqqında film çəkiləcək

15:24 - 28 Dekabr 2021

"Qarabağ" haqqında çəkilən sənədli filmdə klubun indiyədək üzləşdiyi problemlər əksini tapacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov məlumat verib. Onun sözlərinə görə, filmdə klubun tarixindən bəhs ediləcək: "Bildiyiniz kimi, "Qarabağ" 30 ilədək "qaçqın komanda" olub, doğma Ağdam şəhərində azarkeşləri qarşısında oynaya bilməyib. "Qarabağ" adı daşıdığı üçün kluba qarşı ədalətsizliklər baş verib. Buna görə də filmdə bütün ədalətsizliklər, o cümlədən, hakim haqsızlıqları, bir sözlə, hər şey göstəriləcək".

 

A.Kərimov ekran əsərində klubun nailiyyətlərinin də əksini tapacağını vurğulayıb: "Bu komanda Azərbaycanı, Qarabağımızı tanıdır, bayrağımızı hər zaman uca tutur, bizi qürurlu edir. Filmdə "Qarabağ" klubunun 30 il ərzindəki şərəfli missiyasına yer veriləcək".

 

Qeyd edək ki, "Qarabağ" haqqında sənədli film 2022-ci ildə ərsəyə gətiriləcək (report.az).

Xəbər xətti