Namik oynadı, komandası Super Liqa təmsilçisinə uduzdu

22:11 - 30 Dekabr 2021

Türkiyə Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə Super Liqa təmsilçisi "Qazianteplə" qarşılaşıb.

 

Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) "Qaziantep" 1/8 finala vəsiqə qazanıb. "Bursaspor" isə kubokda mübarizəni dayandırıb.

 

Namik də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 26 yaşlı vinger 62-ci dəqiqədə əvəzlənib.

Xəbər xətti