"Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç azərbaycanlı futbolçu Mahir Emreli haqda danışıb.
Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Polşa mətbuatına verdiyi açıqlamada millimizin üzvünün Dubayda baş tutacaq təlim-məşq toplanışında komanda ilə birlikdə olacağını deyib:
"Mahirlə qısa, amma çox pozitiv görüşümüz oldu. O, təlim-məşq toplanışında mütləq bizimlə olacaq. Ümid edirəm ki, toplanışdan sonra da komandada qalacaq. Çünki o, bizim üçün dəyərli futbolçudur".
Qeyd edək ki, Polşa çempionatının 18-ci turunda "Visla" (Plotsk) ilə oyundan (0:1) sonra "Legiya" azarkeşlərinin komandanın avtobusuna hücumu nəticəsində Mahir Emreli ilə Lukinyas xəsarət alıb. Həmin hadisədən sonra Mahir Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.
saytlarin hazirlanmasi