Türkiyənin "Qalatasaray" klubu kapitanı Fernando Muslera ilə yollarını ayıra bilər.
Sportal.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb. İstanbul təmsilçisi tez-tez zədələnən uruqvaylı qapıçı ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb heyətə yeni legioner qolkiper cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, Fernando Musleranın "Qalatasaray"la müqaviləsi 2024-cü ilin iyun ayına kimidir. Uruqvay millisinin üzvü "cim bom"a 2011-ci ildə "Latsio"dan transfer olunub.
saytlarin hazirlanmasi