Prezidentin xüsusi nümayəndəsi: "Ağdamda tutumu 30 min nəfərdən çox olan yeni stadion tikiləcək"

16:29 - 3 Yanvar 2022

Ağdam şəhərində tamaşaçı tutumu 30 min nəfərdən çox olan yeni stadion tikiləcək. Yeni stadion əvvəlki yerində - Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində inşa ediləcək.

 

Sportal.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib. O bildirib ki, hazırda burada layihələndirmə işləri gedir. “Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırılır. İdman təmayüllü orta məktəbin, Azərbaycanın digər yerlərindən bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur”, – deyə Emin Hüseynov bildirib.

Xəbər xətti