Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Patrik van Aanholt koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, ölkəsi Niderlandda istirahətdə olan sol cinah müdafiəçisinin verdiyi COVİD-19 testinin nəticəsi müsbət çıxıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Patrik van Aanholt "Qalatasaray"a mövsümün əvvəlində "Kristal Pelas"dan transfer olub. 31 yaşlı müdafiəçi "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 29 oyunda 1 qol, 2 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi