Türkiyənin "Qalatasaray" klubunun daha iki futbolçusu koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Fatih Öztürk və mərkəz müdafiəçisi Alpaslan Öztürkün COVİD-19 testinin nəticəsi müsbət çıxıb. Bu barədə "sarı-qırmızlar"ın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, "cim bom"un sol cinah müdafiəçisi Patrik van Aanholt da koronavirusa yoluxub.
Qeyd edək ki, "Qalatasaray" Türkiyə Super Liqasının 20-ci turu çərçivəsində yanvarın 8-i "Girəsunspor"u qəbul edəcək.
saytlarin hazirlanmasi