Kökçü oynadı, komandası uduzdu

14:49 - 8 Oktyabr 2022

Niderland birinci divizionunda 10-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" növbəti görüşünü çıxıb.

Onun komandası "Den Haaq"la qarşılaşıb. Kökçünün komandası 0:1 uduzub.

Meydana start heyətində çıxan Ozan 69-cu dəqiqədə əvəzlənib.

​“Eyndhoven” hazırda 19 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti