"Zirə"nin futbolçusu üçün yubilet matç

15:18 - 8 Oktyabr 2022

"Zirə"nin futbolçusu Coşqun Diniyev Premyer Liqada 200-cü oyununu keçirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun yubileyi IX tura təsadüf edib.

“Zirə” – “Şamaxı” matçına start heyətində çıxan 27 yaşlı yarımmüdafiəçi bu qarşılaşmayadək 199 görüşdə forma geyinib. O, Premyer Liqadakı 200 matçda 9 qol vurub.

Coşqun bu oyunlardan 34-nü “Zirə”də keçirib. Yarımmüdafiəçi klubumuzda 3 qola imza atıb.

Xəbər xətti