"Latsio" Gürcüstan yığmasının üzvünü transfer edir

15:33 - 8 Oktyabr 2022

İtaliyanın "Latsio" klubu Gürcüstanın U-21 yığmasının üzvü Saba Sazonovu heyətinə qatmaq istəyir.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Dinamo"da oynayan müdafiəçi paytaxt klubuna keçməyə yaxındı.

"Canavarlar"ın onun üçün qışda "Dinamo"ya rəsmi təklif göndərəcəyi gözlənilir.

“Zenit” yetirməsi olan Saba 2021-ci ildən “Dinamo”da çıxış edir. Ona Rusiya millisində oynamaq dəvəti gəlsə də, müdafiəçi seçimini Gürcüstandan yana edib.

Xəbər xətti