Azərbaycan millisinin qapıçısı zədələndi

18:34 - 8 Oktyabr 2022

Hazırda davam edən Premyer Liqanın 9-cu turunun "Səbail" - "Sumqayıt" matçında milli komandamızın qolkiperi Emil Balayev zədələnib.

Sportal.az xəbər verir ki, ev sahiblərinin qapıçısı matçın 74-cü dəqiqəsində oyun epizodunda ayağından zədələnərək görüşə davam edə bilməyib.

Onu isə Hüseynəli Quliyev əvəzləyib.

Xatırladaq ki, "Səbail" rəqibini 1:0 hesabı ilə məğlub edir. 

Xəbər xətti