Samir Abasov: "Vəziyyəti düzəltmək üçün buradayıq"

19:15 - 8 Oktyabr 2022

"Belə ola biləcəyini gözləyirdik. Hər şey ideal olacaqdı deyə, bir şey yox idi. Bu hadisələrə reaksiyamız isə normaldı. Hara gəldiyimizi bilirik. Çox işləməliyik. Ötən oyunla müqayisədə bugünkü matçda oyunumuzda gərginlik var idi. Meydanda qalib gəlmək istəyən, həvəsli komanda gördüm. İlk yarıda epizodlarımız oldu ki, qola çevirə bilərdik. Ancaq sonluq üçün ustalıq çatışmır".

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "CBC Sport"a açıqlamasında deyib.

O, komandasının 0:1 hesablı məğlubiyyətini şərh edərkən komandadakı məqsədlərindən söz açıb:

"Planlarımız var. Onları mətbuata açıqlama fikrim yoxdu. Rəhbərliklə müzakirələr edirik. Ən yaxşı çıxış yolunu tapmağa çalışacağıq. Durum şəhəri, klubu, bizi qane etmir. Vəziyyəti düzəltmək üçün buradayıq. Ehtimal edirdik ki, bu cür halla üzləşə bilərik. Futbolçuları da anlayışla qarşılayıram. Əvvəl başqa tələblər var idi, indi başqa. Onlar da buna uyğunlaşmalıdı. Ancaq dediyim kimi, əvvəlki oyunla müqayisədə indi daha istəkli komanda var idi meydanda. Bu da daha çox işləmək üçün siqnaldı".

Mirbağırağa

Xəbər xətti