"Burada özümü xoşbəxt hiss edirəm"

19:38 - 8 Oktyabr 2022

“Roma”nın hücumçusu Temmi Abraham “Çelsi”yə qayıdıb-qayıtmayacağı ilə bağlı danışıb.

Sportal.az “Ojb Sport”a istinadən xəbər verir ki, forvard özünü İtaliyada xoşbəxt hiss etdiyini dilə gətirib:

“Ötən il etdiklərimi təkrarlamaq niyyətindəyəm. Burada özümü xoşbəxt hiss edirəm. Bizim əla baş məşqçimiz, şəhərimiz və azarkeşlərimiz var. “Roma”da xoşbəxt olsam da, sabah nələrin baş verəcəyini yalnız Allah bilir”.

“Çelsi” yetirməsi olan 25 yaşlı hücumçu 2021-ci ildə “Roma”ya keçib.

 

Xəbər xətti