İran millisinin aparıcı üzvü mundialı buraxa bilər

21:13 - 8 Oktyabr 2022

İran millisinin hücumçusu Serdar Azmun dünya çempionatını buraxa bilər.

Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Bayer”in hücumçusu Bundesliqa oyununda zədələnib. Onun agenti  futbolçusunun Qətərdə keçiriləcək mundialı buraxmaq təhlükəsi olduğunu etiraf edib.

Leverkuzen klubu Azmunun sağ baldır əzələsində yırtıq olduğunu və ən yaxşı halda 6-8 həftəyə yaşıl meydanlara qayıda biləcəyini bildirib.

Azmunun noyabrın ilk həftələrində sıraya dönəcəyi gözlənilir. 

Xatırladaq ki, İran B qrupunda İngiltərə, ABŞ və Uelslə mübarizə aparacaq.

Xəbər xətti