"Fənərbaxça" performansını yüksəldən Migel Krespo ilə yeni müqavilə imzalamağı planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı yarımmüdafiəçinin 2024-cü ilədək olan sözləşməsinin müddətini 2026-cı ilin yayınadək uzadacaq.
Türkiyə mətbuatının yazdığına görə, "sarı-lacivərtlilər" 26 yaşlı futbolçunun maaşını da artıracaq. Hazırda illik 500 min avro qazanan yarımmüdafiəçinin maaşı 1 milyon avroya kimi yüksəldiləcək. Super Liqa təmsilçisi oyunuçunun sərbəstqalma məbləğini isə 30 milyon avro təyin edəcək.
Qeyd edək ki, "Fənərbaxça" Migel Kresponu 2021-ci ilin yayında "Eştoril"dən transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 10 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi