Almaniya 3-cü liqasında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Oldenburq”la qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.
Nazarov da bu matçin iştirakçısı olub. 32 yaşlı futbolçu start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
“Ersgebirge” 11 turdan sonra 9 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.