Dünya çempionatı: Cüdoçumuz yarımfinala yüksəldi

13:54 - 9 Oktyabr 2022

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Sportal.az xəbər verir ki, -81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda koreyalı Li Yunvana qalib gəlib.

Səid Mollayi finala vəsiqə uğrunda gürcüstanlı idmançı Tato Qriqalaşviliyə qarşı mübarizə aparacaq.

Xəbər xətti