Dünya çempionatı: Cüdoçumuz medalsız qaldı

17:14 - 9 Oktyabr 2022

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, 81 kq-da yer alan idmançı Avstriyanı təmsil edən Şamil Borçaşvili ilə qarşılaşıb.

 

Rəqibinə ipponla uduzan Mollayi 5-ci yerlə kifayətlənib.

 

******

 

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, 81 kq-da yer alan idmançı gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşıb. Mollayi rəqibinə cərimə xalları ilə uduzub. 

Səid Avstriya təmsilçisi Şamil Borçaşviliyə qarşı bürünc medal uğrunda mübarizə aparacaq.

Xəbər xətti