İsveçin baş məşqçisi: "Qrupda komandaların səviyyəsi bərabərdir"

13:10 - 10 Oktyabr 2022

Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İsveç yığmasının baş məşqçisi Yanne Andersson püşkü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 60 yaşlı mütəxəssis qruodakı komandaların səviyyəsinin bərabər olduğunu deyib:

 

"Beş komandalı qrup yaxşıdır. Daha pis qruplar var idi. Eyni zamanda daha asanları. Məncə, qrupda komandaların səviyyəsi bərabərdir. Çətin olacaq, lakin qrupdan çıxa bilərik".

 

Qeyd edək ki, milli komandamız F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

Xəbər xətti