"Azərbaycan millisi az-çox bizimlə eyni səviyyədə olan komandadır"

14:12 - 10 Oktyabr 2022

Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Estoniya yığmasının baş məşqçisi Tomas Heberli  püşkü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis yığmamızla eyni səviyyədə olduqlarını deyib:

 

"Ən əsası odur ki, dördüncü səbətdən Yunanıstan və Türkiyədən qaçdıq. Mənim nəzərimdə bütün digər komandalar mükəmməl rəqiblərdir. Düşünürəm ki, Azərbaycan az-çox bizimlə eyni səviyyədə olan komandadır".

 

Qeyd edək ki, milli komandamız F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

Xəbər xətti