Hacı-Məhərrəmov Konfrans Liqası matçına təyinat aldı

19:15 - 10 Oktyabr 2022

Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

 

Sportal.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək FCSB (Rumıniya) – “Silkeborq” (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.

 

Qarşılaşma oktyabrın 13-də Buxarets şəhərindəki “National Arena Bucharest”da baş tutacaq.

Xəbər xətti