"Qarabağ"la oyunöncəsi "Olimpiakos"da növbəti itki

16:30 - 10 Oktyabr 2022

Avropa Liqasında G qrupunda “Qarabağ”ın rəqibi olan “Olimpiakos” Bakıdakı matça itki ilə çıxa bilər.

Sportal.az "sport24.gr" portalına istinadən xəbər verir ki, Pirey təmsilçisinin aparıcı üzvü Pipa Yunanıstan Superliqasının 7-ci turunun OFİ ilə görüşündə zədələnib.

Onun “Qarabağ”a qarşı matçda meydana çıxmayacağı ehtimal edilir. Həkim müayinəsindən keçən ispaniyalının həftəsonuna qədər hazır vəziyyətdə olacağı gözlənilir. 

“Qarabağ” – “Olimpiakos” matçı oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.


“Espanyol” və “Haddersfild”də oynamış 24 yaşlı müdafiəçi bu ildən “Olimpiakos”da çıxış edir.

Xəbər xətti