"Barselona"nın forvardı paytaxt klubuna keçdi

16:58 - 10 Oktyabr 2022

“Atletiko”da  “Barselona”nın forvardı Antuan Qrizmannın keçidini həll edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı Madrid kubunun tam hüquqlu futbolçusuna çevrilib. Fransız futbolçu ilə paytaxt klubu ilə 2026-cı ilin yayına kimi müqavilə imzalayıb.

Qrizmannın transfer qiyməti 20-25 milyon avro arasında dəyərləndirilirdi. 

31 yaşlı futbolçu 2019-cu ildə "Atletiko"dan "Barselona"ya keçmişdi. 

Xəbər xətti