"Roma"nın futbolçusu Paulo Dibala zədələnib.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, argentinalı bu həftə tibbi müayinədən keçəcək.
Argentina millisinin futbolçusu dünən İtaliya çempionatının 9-cu turunun "Leççe" ilə oyununda (2:1) penaltini yerinə yetirərkən zədələnib.
Dibala çərşənbə axşamı MRT-dən keçməlidir. Bud nahiyyəsindən zədələnən yarımmüdafiəçi təxminən bir ay oynamayacaq.
