Millimizin qolkiperi növbəti turda meydana çıxacaq?

19:30 - 10 Oktyabr 2022

Premyer Liqanın 9-cu turunda "Sumqayıt"la görüşdə zədələnərək oyunu yarımçıq başa vuran Emil Balayev tibbi müayinədən keçib.

Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiperin zədəsi ciddi deyilmiş. "Sumqayıt"la matçın 75-ci dəqiqəsində əvəzlənən Balayev növbəti turda komandasının qapısını qoruya biləcək.

Balayevin ölkə çempionatının 10-cu turunun "Turan-Tovuz"la səfər görüşündə meydana çıxacağı ehtimal edilir. 

Xəbər xətti