Almaniya Bundesliqasının təmsilçisi "Ştutqart" baş məşqçisini istefaya göndərib.
Sportal.az xəbər verir ki, klub rəsmi saytı vasitəsi ilə Pelleqrino Matarazzo ilə yollarını ayırdığını açıqlayıb.
44 yaşlı mütəxəssis 2019-cu ildən komandanı çalışdırırdı.
Şəhərin eyniadlı komandası bu mövsüm amerikalı mütəxəssisin rəhbərliyi altında 9 turdan sonra 5 xalla 17-ci pillədə qərarlaşmışdı.
Buna qədər isə o, "Hoffenhaym", "Nürnberq" klublarında çalışmışdı.
