Fransa klubu PSJ-nin sabiq baş məşqçisi ilə anlaşdı

22:00 - 10 Oktyabr 2022

"Lion" Peter Bosu istefaya göndərdikdən sonra yeni baş məşqçisinin adını açıqlayıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lion təmsilçisi Loran Blanla anlaşıb.

56 yaşlı fransız 2024-cü ilin yayına qədər sözügedən komandaya rəhbərlik edəcək.

Son olaraq Qətərin “Əl-Rayyan” klubunun çalışdırmış Blan "Bordo” və PSJ-də işləyib. O, Fransa yığmasında da işləyib.

Xəbər xətti