"Qarabağ"ın rəqibi qapıçısı ilə müqavilə müddətini uzatdı

00:58 - 11 Oktyabr 2022

Avropa Liqasının G qrupunda "Qarabağ"ın rəqibi olan "Frayburq" qolkiperi Noa Atubolu ilə müqavilə müddətini uzadıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı qapıçı ilə yeni sözləşmənin detalları barədə açıqlama verilməyib.

Atubolu Almaniyanın U-21 yığmasının əsas qapıçısıdı. 

"Qarabağ" - "Frayburq" matçı noyabrın 3-də Bakıda keçiriləcək.

Xəbər xətti