Əliyar Ağayev Belçikaya yollanır

10:02 - 11 Oktyabr 2022

FİFA referisi Əliyar Ağayevə UEFA-dan təyinat gəlib. 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azərbaycanlı referi Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Union" (Belçika) - "Braqa" (Portuqaliya) matçını idarə edəcək.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri türkiyəli Abdulkadir Bitigen və Mete Kalkavandır.
 

Xəbər xətti