"Qarabağ" - "Olimpiakos" matçının hakimləri açıqlandı

10:15 - 11 Oktyabr 2022

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - "Olimpiakos" görüşünü idarə edəcək hakimlərin adı açıqlanıb.

Sportal.az xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Kreyq Pausondu. Ona Li Betts və Yan Hassin köməklik edəcək. Dördüncü hakim isə Con Bruksdu.

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də star götürəcək.

Xəbər xətti