İtaliyalı Premyer Liqanın ən çox maaş qazanan məşqçisi ola bilər

11:46 - 11 Oktyabr 2022

"Tottenhem" Antonio Konteni Premyer Liqada ən yüksək ödənişli baş məşqçisi etməyə hazırdı.

Sportal.az “football365” portalına istinadən xəbər verir ki, “Tottenhem” rəhbərliyi italiyalı məşqçiyə yeni müqavilə təklif etmək istəyir.

Londonlular yaxın vaxtlarda yeni müqavilə bağlamağa hazırlaşır. Konte bu təkliflə razılaşarsa, o, ildə 23 milyon avro məvaciblə Premyer Liqanın ən çox maaş alan baş məşqçi statusunu daşıyacaq

Kontenin hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.

Xəbər xətti