"Olimpiakos"un baş məşqçisi: "Kim olduğumuzu göstərmək vaxtıdı"

12:01 - 11 Oktyabr 2022

Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Miçel Superliqanın VII turunun OFİ-yə qarşı oyunundan (2:1) sonra "Qarabağ"ı ilə Bakıda keçiriləcək görüşlə bağlı öz komandasına müraciət edib.

Sportal.az "Sport FM"ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis daxili liqadakı qələbənin ardından sonra komandasını motivasiya etməyə çalışıb və bunları deyib:

"Möhtəşəm nəticənin vaxtıdır. Kim olduğumuzu göstərmək vaxtıdır”.

​Avropa Liqasının G qrupunun 4-cü turunun “Qarabağ” – “Olimpiakos” oyunu oktyabrın 13-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:45-də başlayacaq. 

Xəbər xətti