Yığmamız Monteneqroya yollandı

12:20 - 11 Oktyabr 2022

Üç gündən sonra Budvada (Monteneqro) qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

Sportal.az xəbər verir ki, doqquz gün davam edəcək turnirdə Azərbaycan millisi də mübarizə aparacaq.

Yığmamız baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında çempionatda 5 boksçu mübarizəyə qoşulacaq. Monteneqroda ölkəmizi Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) təmsil edəcək.

Bu gün səfərə yola düşən komandamız oktyabrın 23-də Bakıya dönəcək. 

Avropa çempionatının püşkü oktyabrın 13-də atılacaq.

Xəbər xətti