Yunanıstanın “Olimpiakos” klubunun aparıcı futbolçusu olan Şime Vrsalko Avropa Liqasının G qrupunun IV turunun Bakıda “Qarabağ”a qarşı keçiriləcək matçda meydana çıxa biləcək.
Sportal.az “gazzetta”ya istinadən xəbər verir ki, Xorvatiya millisinin sabiq müdafiəçisi infeksiyaya yoluxduğuna görə Yunanıstan Superliqasının son turundakı OFİ-yə qarşı (2:1) keçirilmiş görüşünü buraxmışdı.
Ancaq xorvatiyalı artıq sıraya qayıdıb və böyük ehtimalla Ağdam klubuna qarşı matça hazır olacaq. Eyni zamanda, Pirey klubunun müdafiəçisi Pipanın Bakıda “Olimpiakos”a kömək etməyəcəyi dəqiqləşib.
“Qarabağ” – “Olimpiakos” oyunu oktyabrın 13-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:45-də başlayacaq.
