"Qrupdan çıxmaq vəzifəsini bu gün yerinə yetirə bilərik"

12:49 - 11 Oktyabr 2022

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçirəcəkləri "Kopenhagen"lə görüş barədə danışıb.

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Danimarkada keçiriləcək görüşdəki məqsədlərindən söz açıb:

"İlk görüşümüzdən artıq bir həftə keçib. "Kopenhagen" futbolçuları özlərini bərpa etmək istəyir. Bununla belə, biz qrupdan çıxmaq vəzifəsini bu gün yerinə yetirə bilərik. Bunu etməyə çalışacağıq".

Xəbər xətti