PSJ Xavi Simonsu geri qaytarmaq istəyir.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi məşqçilər korpusu hazırda PSV-də icarə əsasında çıxış edən Simonsun çıxışından razıdı və onu sərəncamında görmək istəyir.
19 yaşlı niderlandlı futbolçunun özü isə PSV-də qalmaq istəyir.
2021-2022-ci illərdə PSJ-də 7 oyun keçirmiş Simons bu il PSV-yə keçib.
O, meydana çıxdığı 8 matçda 6 qol vurub.
